Transfer dönəminin fəal komandası "Qalatasaray" heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. "Cim-bom" "Monako"nun hücumçusu Radamel Falkao ilə anlaşmağa yaxındı.

Transfer dönəminin fəal komandası "Qalatasaray" heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "cim-bom" "Monako"nun hücumçusu Radamel Falkao ilə anlaşmağa yaxındı.

"Portu"nun icarə təklifini qəbul etməyən fransızların tələbini "sarı-qırmızılılar" qarşılamağa razılıq verib. Belə ki, Türkiyə çempionu "Monako"nun transfer üçün istədiyi 3 milyon avronu ödəməyə hazırdı. Həmçinin Falkaonun illik 7 milyon avro maaş tələbi də müsbət cavablandırılıb. Bu məbləğin yarısını klub qarşılayacaqsa, yarısı da sponsor dəstəyi ilə ödəniləcək. İndi hər şey kolumbiyalı forvardın qərarından asılıdı.

Qeyd edək ki, Radamel Falkaonun "Monako" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi. Knyazlıq klubu yüksək məvacibə görə, onunla yollarını ayırmaq istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest