UEFA Türkiyənin "Fənərbaxça" klubu ilə bağlı yeni qərarını açıqlayıb. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qitə futbol qurumu İstanbul təmsilçisini 2 milyon avro cərimə edib.
 
Bundan başqa, sözügedən klub avrokuboklara qatılacağı təqdirdə, heyətinə yalnız 23 futbolçu daxil edə biləcək. 
 
UEFA "Fənərbaxça"nın qarşısında müəyyən şərtlər də qoyub. Belə ki, klub bu ilin oktyabr ayının 15-nə qədər mövcud borcunu yüngülləşdirə bilsə, 2 milyon avroluq cərimənin məbləği 1 milyona endiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest