"Sabah" heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, paytaxt klubu gənc qapıçı Oleq Karnauxu transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla 3 illik müqavilə imzalanıb. 
 
21 yaşlı qolkiperin son klubu "Tavriya" (Ukrayna) olub. O, peşəkar karyerasına Ukraynanın digər klubu "İliçevets"də başlayıb.
 
Karnaux vaxtilə Azərbaycanın U-17 milli komandasının üzvü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest