Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, mövsümün açılış oyununda Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu səfərdə "1860 Münhen" klubu ilə üz-üzə gəlib.
 
İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 32-ci dəqiqədə hesabı açan Münster klubu, 51-də penaltidən buraxdığı qolla heç-heçəyə razılaşıb.
 
Rüfət də bu görüşün iştirakçısı olub. O, 88-ci dəqiqədə meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest