Rusiyanın paytaxtı Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunları çərçivəsində bu gün keçirilməli olan Azərbaycan - Ukrayna qarşılaşması baş tutmayıb. Matc.az xəbər verir ki, buna Ukrayna millisinin Rusiyadakı turnirdə iştirakdan imtina etməsi səbəb olub. 
 
Millimiz iyulun 21-də İspaniya, iyulun 22-də isə Latviya yığması ilə qarşılaşacaq. 
 
Qeyd edək ki, qazanılacaq nəticələrdən asılı olmayaraq, hər 3 komanda növbəti mərhələdə də iştirak edəcək.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest