Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, Misirdə təşkil olunan qitə birinciliyinin finalında Seneqal və Əlcəzair yığmaları qarşılaşıb.
 
Oyunun taleyini bir qol həll edib. Əlcəzair yığmasının matçın 2-ci dəqiqəsində rəqib qapısından keçirdiyi yeganə top, bu komandanı qitə çempionu edib.
 
Bu, Əlcəzair milli komandasının tarixində ikinci belə uğurdu. Sözügedən ölkənin yığması 1990-cı ildə də qitə çempionu olub.
 
Afrika Millətlər Kuboku
Final
19 iyul
 
Seneqal – Əlcəzair 0:1
Qol: Bunedjah, 2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest