Kompleksdə "Zabit Səmədov" döyüş klubunda məşqləri izləyən nazir idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə maraqlanıb, fikir mübadiləsi aparıb. Zabit Səmədov rəhbərlik etdiyi klubun fəaliyyəti barədə məlumat verib. Fərid Qayıbov idmançıların beynəlxalq yarışlara hazırlığı ilə maraqlanıb və MMA klublarımızın birgə fəaliyyətinə dair tövsiyələ verib.
"Nazir kimi fəaliyyətimin dördüncü ayı ötən ilin sonuna təsadüf edib". Matc.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı məqaləsində yazıb.
İdmançılarımız 2021-ci ildə qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda 519 medal qazanıblar. Onlardan 227-si Olimpiya (62 qızıl, 62 gümüş, 103 bürünc) və 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.
Azərbaycan idmançılarının 2021-ci il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda qazandıqları medalların sayı açıqlanıb.
Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin aparıcı məsləhətçisi Əliniyaz Mirzəyev, reqbi federasiyasının 1-ci vitse-prezidenti Elvar Osmanov və vitse-prezident Səbuhi Qarayev iştirak ediblər.
Nazir çövkən, polo və cıdır yarışlarının keçirildiyi qapalı və açıq manejlərə baxıb, burada atçılıq idman növünün inkişafı üçün yaradılmış şəraitlə maraqlanıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasında hesabat-seçki konfransı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə Şahin Mustafayev növbəti dəfə quruma prezident seçilib.
Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.