“Beqoviç yeni bir klub tapıb. Eşitdiyimə görə, "Qarabağ"a keçib. Əlbəttə, buna görə çox sevinirəm. Çünki artıq oynamaq vaxtıdı. Milli komandada olmaq üçün oynamalısan"
FİFA ilin ən yaxşı futbolçusu adına son üç namizədi açıqlayıb. Yekun siyahıda gözlənilən "3-lük" qərarlaşıb. Belə ki, ilin ən yaxşısı adına "Barselona"nın kapitanı Lionel Messi, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Liverpul"un müdafiəçisi Vircil van Deyk iddia edir.
“Qəbələ”nin baş məşqçi vəzifəsini icra edəcək çalışdırıcı müəyyənləşib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərliyin qərarına əsasən, yeni baş məşqçi təyin olunana qədər bu funksiyanı əsas komandanın məşqçilər korpusunda yer alan Elmar Baxşıyev yerinə yetirəcək.
"Ərzurumspor"un qapıçısı İbrahim Şehir, nəhayət ki, seçimini edib. Qolkiper sabiq komandası "Qarabağ"a qayıdır. Ərzurum təmsilçisi Superliqanı tərk etdiyi üçün komandadan ayrılmaq qərarına gələn 31 yaşlı oyunçunun ərəb klublarından birinə transferi istisna olunmurdu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.