İkinci hissənin əvvəlində fərqlənən qəsəbə təmsilçisi ikinci qarşılaşmada da minimalhesablı qələbə qazanıb. Bu dəfə İlkin Qırtımov rəqib qapısına yol tapıb.
Makedoniyalılar ilk yarıda hesab edib. Lakin fasilədən sonra sumqayıtlılar 3 qol vuraraq əzmkar qələbə qazanıb. Öncə Arif Daşdəmirov, ardınca Xəyal Nəcəfov, matçın sonlarında isə penaltini dəqiq yerinə yetirən Elvin Məmmədov fərqlənib.
Bordin ötən ilin may ayından bəri yaşıl meydanlara həsrət qalan 23 yaşlı afrikalının ideal formada olmamasını əsas götürüb. İtalyan mütəxəssisin fikrincə, Yessenin hazır vəziyyətə gəlməsi üçün minimum 1 ay vaxt lazımdı.
“Paksi” ilə qarşılaşma Türkiyədə keçirilən 20-ci beynəlxalq yoldaşlıq görüşüdü. Əvvəlki 19 matçda 8 qələbə qazanan “Zirə” 4 heç-heçə edib və 7 dəfə uduzub. Rəqib qapılarından 24 top keçirən zirəlilər 18 top buraxıb.
Turnir cədvəlində qonşu olan "Real"la "Sevilya" şənbə günü "Santyaqo Bernabeu"da üz-üzə gəliblər. Eyni xala malik komandaların duelində meydan sahibləri 2 cavabsız qolla qələbə qazanıb.
"Neftçi"nin hücumçusu Kvame Karikarinin taleyinə aydınlıq gəlib. Qanalı forvard icarəyə verilib. Paytaxt təmsilçisinin 27 yaşlı oyunçusu Birləşmiş Ərəb Əmirliklərinin "Əl Oruba" klubu ilə anlaşıb.
"Bursaspor"la əməkdaşlıqda vitse-prezident Elnur Eyvazovun əməyi danılmazdı. Məhz onun şəxsi əlaqələri sayəsində "Neftçi", eləcə də Azərbaycan futbolunun gələcəyi naminə mühüm addım atılıb. Bu, gələcəkdə azərbaycanlı oyunçuların Superliqada iştirakına təkan ola bilər.
Lider "Başakşəhər" ikinci pilləni bölüşən "Trabzonspor"un qonağı olub. İstanbullular səfərdə 4:2 hesablı qələbəyə seviniblər. Təhlükəli zonadan çıxmağa çalışan "Fənərbaxça" "Bursaspor"la səfər görüşündə də büdrəyib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.