UEFA-nın tvitlərinə görə, Mbappe bu qarşılaşmada Çempionlar Liqası rekordu vurdu. O, bu turnirin 1/8 və 1/4 finalında bir mövsümdə 5 qol vuran ilk futbolçu oldu.
"Qarşıda 90 dəqiqəlik daha bir oyunumuz var. Çətin olacaq. Markinyosa gəlincə, əzələsində ağrı hiss etdi. Ümid edirik ki, bu, kiçik zədədir və tezliklə sıraya dönəcək"
"Qələbə qazanmağımız yaxşıdır, amma ümumilikdə hisslər qarışıqdır. Mükəmməl bir qarşılaşma keçirdik. Ancaq ikinci hissənin əvvəlində çətinliklər yaşadıq. Hər bir oyunçumuz ilə fəxr edirəm. Lakin qabaqda cavab görüşü var. İkinci hissədə rəqibin ilk zərbəsi qol oldu"
Almaniya nəhəngi bununla qitənin ən nüfuzlu klub turnirində mütləq rekordçuya çevrilib. Əvvəlki rekord İspaniyanın "Barselona" klubuna məxsus idi. 1/8 finalda Fransa çempionu PSJ-yə iki oyunun nəticəsinə əsasən məğlub olan (1:4, 1:1) Kataloniya təmsilçisi ÇL-də 18 dəfə 1/4 finala vəsiqə qazanıb.
Buna Edin Terziç ("Borussiya", Dortmund, Almaniya), Yurgen Klopp ("Liverpul", İngiltərə), Tomas Tuxel ("Çelsi", İngiltərə) və Hansi Flik ("Bavariya", Almaniya) nail olub. Almaniyadan olan mütəxəssislər bu göstərici ilə yeni rekord müəyyənləşdiriblər. Daha öncə heç bir ölkədən 4 məşqçi eyni vaxtda 1/4 finalda mübarizə aparmaq şansı qazanmamışdı.
"Borussiya" ÇL çərçivəsində fevralın 25-də "Mançester Siti"yə ilk oyunda da 0:2 hesabıyla uduzmuşdu. Martın 2-də Almaniya kubokunda Dortmund "Borussiya"sına 0:1 yenilən bu komanda Bundesliqa çərçivəsində də "Maynts" (20 fevral, 1:2), "Leypsiq" (27 fevral, 2:3), "Auqsburq" (12 mart, 1:3) və "Bayer"ə (6 mart, 0:1) uduzub.
"Rəqib ilk matçda yaxşı oynadı, amma biz bacarmadıq. Onlar dörd, biz bir qol vurduq. Ancaq ikinci görüşdə komandanın əziyyəti qeyd olunmalıdır. Risk etdik, təzyiq göstərdik, üstünlük təşkil etdik və kifayət qədər şans yaratdıq"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.