“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Rusiyanın “Ufa” klubunun azərbaycanlı müdafiəçisi Azər Əliyevi heyətinə qatıb.
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, “Vratimov” (Çexiya) klubuna qarşı keçirilən matçda Jijkov təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.
Türkiyənin "Beşiktaş" komandasının yeni baş məşqçisi Önder Karaveli əvvəllər "Qarabağ"da çalışıb. Matc.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2020-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək Ağdam klubunda futbol akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub.
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının qrup mərhələsində İspaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.