“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib. Matc.az xəbər verir ki, belaruslu mütəxəssisi klub rəhbərliyi müşayiət edib.
Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının sabiq futbolçusu İvitsa Vrdolyak adı klubla hallanan Mahir Emreli haqda danışıb. Matc.az “24sata.hr” saytına istinadən xəbər verir ki, İvitsa, Polşanın “Legiya” klubunda çıxış edən azərbaycanlı hücumçunu İsveçrə millisinin sabiq üzvü Mario Qavranoviçə bənzədib:
“Neftçi”nin təlim-məşq toplanışı yanvarın 9-dək Bakıda baş tutacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 10-da Türkiyəyə yollanacaq “ağ-qaralar” Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk sınağına yanvarın 18-də çıxacaq. Rəqib Polşa təmsilçisi “Zaqlembe” olacaq. Üç gün sonra – ayın 21-də “Qəbələ” Şimali Makedoniya təmsilçisi “Boreç”lə qarşılaşacaq. Antalya toplanışında son yoxlama görüşü ayın 24-də baş tutacaq. Həmin gün komanda Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.