"Partizani"də yeni müqavilə
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb. Müdafiəçi Labinot İbrahimi karyerasını Tirana təmsilçisində davam etdirəcək. 33 yaşlı sağ cinah oyunçusu başa çatan müqavilə müddətini uzadıb.