Dünyaca məşhur yaponiyalıya göstərdiyi xidmətə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Qeyd edək ki, “Neftçi”yə bu ilin martında transfer olunmuş Honda 7 oyunda 2 qol vurub.
Azərbaycanı Konfrans Liqasında “Qarabağ”, “Sumqayıt” və “Keşlə” təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkü sabah atılacaq.
33 yaşlı yarımmüdafiəçi 2021/22 mövsümündə də "dənizçilər"in formasını geyinəcək. Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hələlik tam heyətlə hazırlaşa bilmir. Belə ki, milli komandaya dəvət almış futbolçular toplanışa qarşıdakı günlərdə qoşulacaq. Çünki onlara əlavə istirahət verilib.
Qeyd edək ki, Amil Yunanov 2020/21 mövsümünün əvvəlindən “Səbail”in uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə bu komandanın heyətində 20 oyuna çıxıb, 8 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.