27 yaşlı müdafiəçi Ağdam təmsilçisinin 0:2 hesabı ilə geriyə düşməsinə rəğmən, qələbə qazandığını vurğulayıb. Kolumbiyalı oyunçu bildirib ki, meydandan yaxşı nəticə ilə ayrılacaqlarına öncədən də əmin olublar.
Qarşılaşmada dubla imza atan 25 yaşlı hücumçu vurduğu qollara görə sevindiyini bildirib: "Uzun müddətdir ki, fərqlənə bilmirdim. Ötən tur "Sabah"ı 2:0 hesabı ilə məğlub etdiyimiz görüşdə qol epizodlarım olmuşdu, amma vura bilməmişdim. Bu oyunda isə tilsimi qırdım".
Rəqib meydanlarında ilk qələbəsini 2005-ci ilin oktyabrında qazanan komanda 1-ci dəstənin "Viləş"lə qarşılaşmasında 3 xal əldə edib - 3:1. Ümumiyyətlə, "qırmızı-qaralar" Premyer Liqada 74, 1-ci dəstədə 9, Azərbaycan kubokunda 14, Avropa Liqasında 3 görüşdən qalib dönüb.
Azərbaycan çempionatlarının payız-yaz sistemi ilə keçirilməyə başladığı 1993/94 mövsümündən indiyədək ən çox qış çempionluğu qazanan "Neftçi"dir. "Qarabağ"ın 7 belə uğuru var. "Kəpəz" və "Keşlə" ("İnter" adlandığı dövrdə) hərəyə üç dəfə qış fasiləsinə zirvədə yollanmağı bacarıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun "Səbail" - "Qəbələ" oyunundan (1:3) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Çempionatda 3 həftəlik fasilə yaranmışdı. "Sumqayıt"la matçda əlimizdən gələni etdik ki, baş məşqçimizin tapşırıqlarını yerinə yetirək. Məğub duruma düşsək də, sonradan oyunumuzu düzəldib xal qazana bildi
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.