Bu gün futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyun keçirilib. Matc.az xəbər verir ki, bürünc medallar uğrunda “Neftçi” İK və “Baku Fire” komandaları mübarizə aparıb.
Futbol üzrə Türkiyə Super Liqasını tərk edən daha iki komanda bəlli olub. Matc.az xəbər verir ki, ötən gecə 36-cı tur çərçivəsində baş tutan “Qaziantep” – “Kayserispor” matçında qeydə alınan heç-heçə (1:1) ilə bütün elitanı kimlərin tərk edəcəyi ilə bağlı bütün suallara aydınlıq gətirib.
“Neftçi”nin yetirməsi Rüfət Abbasov klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, 17 yaşlı futbolçu “Neftçi”nin formasını geyinməklə uşaqlıq arzusuna çatdığını bildirib.
Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi postuna təyinat rəsmiləşib. Matc.az Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibini Maqomed Adiyev çalışdıracaq.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.