"Komanda həddən artıq yüklənib. Bir variant var ki, futbolçuların yanında olmalıyıq. Həm mən, həm rəhbərlik, həm də azarkeşlər. Mövsümün ikinci yarısı daha gərgin olacaq"
"İki cəbhədə oynamaq üçün iki eyni heyət olmalıdı. Frutosla Boyoviç fevrala qədər bizə kömək edə bilməyəcək. Komandanı yığanda fikirləşirdik ki, mükafatçılar sırasında qərarlaşaq. Futbolçuları seçəndə bunu nəzərə alırdıq"
Azərbaycan Premyer Liqasında XIV turun təyinatları müəyyənləşib. Çempionatda ilin son oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. II dövrənin son turunun görüşləri dekabrın 6-da və 8-də baş tutacaq.
"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XIII turunun rəmzi komandası müəyyənləşib. Siyahıya cari mövsüm ilk dəfə düşən futbolçular da var. Bunlar Donald Gerye, İviça Zuniç və Rövlan Muradovdu.
Azərbaycan Premyer Liqasının XIII turu "Neftçi"nin futbolçusu Soni Mustuvar üçün əlamətdar olub. Haitili yarımmüdafiəçi Bakı klubunda 50-ci oyununu keçirib. "Səbail"lə səfər görüşünə (0:0) qədər 49 dəfə ağ-qara forma geyinən legioner 3 qol vurub.
Azərbaycan Premyer Liqasında XIV turun təqvimi müəyyənləşib. Peşəkar Futbol Liqası II dövrənin, eyni zamanda ilin son turunun oyunlarının cədvəlini açıqlayıb. Qarşılaşmalar 2 günü əhatə edəcək və dekabrın 6-da və 8-də keçiriləcək.
"Zirə" tərəfindən verlmiş apellyasiya şikayəti qismən təmin edilib. X turun "Sumqayıt"la görüşündə qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimə olunmuşdu.
"u gün yalnız qol çatışmadı. Komanda hər şey etdi. Çatışmazlıqları görmək üçün oyunumuzu daha dərindən analiz edəcəyəm. Vəziyyəti düzgün qiymətləndirmək lazımdı"
"Üç xal daha yaxşı olardı. Amma bu gün bir xal qazandığımızı düşünürəm. Çünki "Neftçi" kimi rəqibə qarşı oynadıq. "Neftçi" azarkeşlərinin "Səbail"i təhqir etməsinə gəlincə, mənə çox təəcüblü gəlir. Futbol ictimaiyyəti mənim kimləsə sövdələşməyə getmədiyimi yaxşı bilirlər"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.