Oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsində II turun görüşləri keçiriləcək. Matç.az saytı xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" ilk ev oyununa çıxacaq.

Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada rəqib İngiltərənin "Arsenal" klubudu. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 4-cü dəfədi qitənin ikinci dərəcəli klub turnirinin qrupunda mübarizə aparır.

 

Əvvəlki üç cəhddə "Qarabağ" ilk ev oyununda azarkeşlərini məyus etməyib. 2014/15 mövsümündə "Sent-Etyenn" (Fransa) ilə görüşdə qapılara qol vurulmayıb. Bir il sonra təmsilçimiz "Anderlext"i Belçikaya xalsız yola salıb – 1:0. 2016/17 mövsümündə isə "Slovan"la (çexiya) məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

 

Avropa Liqasının qrupundakı ilk ev oyunlarda "Qarabağ" 1 qələbə qazanıb, 2 heç-heçə edib. çempionumuz uğurlu ənənəni daha adlı-sanlı rəqiblə matçda davam etdirməyə iddialıdı.

 

Düzdü, çempionlar Liqasının qrupundakı ilk ev matçında məğlubiyyət var. ötən il "Qarabağ" "Roma"ya (İtaliya) 1:2 hesabı ilə uduzub. Lakin iki turnir arasında səviyyə fərqinin böyük olduğunu unutmaq olmaz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest