Bu isə o deməkdi ki, iyulun 22-də keçiriləcək püşkatmada "Qarabağ" nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək.

"Qarabağ" çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk" (İrlandiya) səddini keçə bilməsə, yoluna Avropa Liqasında davam edəcək. Matc.az xəbər verir ki, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibləri də bəllidi. Qurban Qurbanovun komandası irlandiyalıları keçə bilməsə, Avroliqanın III təsnifat mərhələsində səpələnmişlər siyahısında yer alacaq.

Bu isə o deməkdi ki, iyulun 22-də keçiriləcək püşkatmada "Qarabağ" nisbətən reytinqi aşağı olan, səpələnməmişlər səbətindəki komandalardan biri ilə düşəcək.

Səpələnmişlər

"Seltik" (Şotlandiya") - "Nımme Kalyu (Estoniya) cütününü məğlubu
BATE (Belarus) - "Rusenborq" (Norveç) cütünün məğlubu
"Dandolk" (İrlandiya) - "Qarabağ" cütünün məğlubu
"Maribor" (Sloveniya) - AİK (İsveç) cütünün məğlubu
"Ferensvaroş" (Macarıstan) - "Valletta (Malta) cütünün məğlubu

Səpələnməmişlər
"Sarayevo" (Bosniya və Herseqovina)
 "Partizani" (Albaniya) - "Şerif" (Moldova) cütünün qalibi
"Slovan" (Slovakiya) - "Feronikeli" (Kosovo) cütünün qalibi
"Santo-Koloma" (Andorra) - "Astana" (Qazaxıstan) cütünün qalibi
"Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq") cütünün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest