"Qəbələ" Avropa Liqasına hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan "qırmızı-qaralar" iki gündü paytaxtda hazırlıq keçir. 
 
Avrokubok mübarizəsinə 2-ci təsnifat mərhələsində başlayacaq komanda məşqlərini Bakı Olimpiya Stadionunda  gerçəkləşdirib. İyulun 25-də Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun yetirmələri dünən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.
 
Xatırladaq ki, UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin "Qəbələ" – "Dinamo" oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də baş tutacaq görüşə saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest