Futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" klubu baş məşqçisini istefaya göndərib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kostanay təmsilçisi, rusiyalı baş məşqçisi Vladimir Qazzayevlə vidalaşmağa qərar verib. 
 
Qazzayevlə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb. Klub verdiyi açıqlamada bu qərarın klubun strategiyası ilə bağlı olduğunu bildirib.
 
Baş məşqçinin qovulmasına əsas səbəb kimi, "Tobol"un Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburqun "Jeness Eş" klubuna məğlub olaraq, mübarizəni dayandırması göstərilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest