Futbol üzrə Latviya çempionatında 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçular – Əli Şirinov və Tural Bayramlının formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Riqa" ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.
 
Azərbaycanlı futbolçulardan heç biri bu oyunun iştirakçısı olmayıb. Əli sonadək ehtiyatda qalıb. Turalın adı isə ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
 
"Dauqavpils" hazırda 21 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest