"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Petrolul Ploieşti" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşmadan sonra klub saytına açıqlamasında bunları söyləyib:
 
"Türkiyə toplanışında birinci oyunumuzu keçirdik. çalışdıq ki, hər kəsə şans verək. Komandanın meydandakı mübarizəsi və hərəkətliliyi bizi qane etdi. Buna baxmayaraq, səhvlərimiz də var idi. Get-gedə artıraraq, gələn oyunlarda səhvləri aradan qaldırmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest