Madrid "Real"ından ayrılması gözlənilən Qaret Beyl karyerasını çində davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, uelsli futbolçunun meneceri Conatan Barnett çin klublarından biri ilə danışıq aparır.
 
İddiaya görə, 30 yaşlı futbolçu bu ölkənin "Beytsin Qoan" klubundan fantastik təklif alıb. çinlilər uelsli futbolçunun həftəsinə 1 milyon funt-sterlinq təklif edirlər.
 
Hazırda "Real"da həftəsinə 650 min funt-sterlinq qazanan Beyl, çin klubunun təklifini qəbul etsə, dünyanın ən çox qazanan futbolçusuna çevriləcək.
 
Bir neçə gün öncə çinin "Tsyansu Sunin" klubunun da Beylə illik 17 milyon avro maaş verməyə hazır olduğu barədə xəbərlər yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest