Qadınlardan ibarət Azərbaycan milli komandasının 3 üzvü bundan sonra karyerasını Rusiyada davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, millimizin üzvləri Hacıyeva Nərgiz, Mollayeva Manə və Seyfəddinova Vüsalə Rusiyanın "Ryazan" klubuna transfer olunub. Onların hər biri ilə 5 aylıq müqavilə imzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest