Yay fasiləsində "Atletiko"dan ayrılan Filipe Luisin yeni klubu müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.

çünki 33 yaşlı sol cinah oyunçusu "Flamenqo" ilə anlaşıb. "Atletiko"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Braziliya millisinin üzvü yeni komandası ilə 2 il yarımlıq müqavilə imzalayıb.

Qeyd edək ki, Filipe Luis 2010-cu ildən bəri "Atletiko"nun heyətində 333 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest