"Velez Sarsfild"in hücumçusu Tyaqo Almada İngiltərəyə köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 18 yaşlı argentinalı "Mançester Siti"yə transfer olunmaq üzrədi.

ölkəsində "yeni Messi" kimi çağırılan gənc oyunçunu "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola ixtiyarında görmək niyyətindədi. Hazırda klublar arasında bununla bağlı danışıq aparılır.

Qeyd edək ki, Tyaqo Almada ötən mövsüm 16 matçda iştirak edib, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest