Türkiyənin "Göztəpə" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Dortmund "Borussiya"sından Hüseyin Bulutu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
 
Dortmund "Borussiya"sının yetirməsi olan Bulut, son olaraq Bundesliqa təmsilçisinin 2-ci komandasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest