"Qəbələ" Avropa Liqasına hazırlığını davam etdirir. Matc.az xəbər verir ki, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışından sonra bir neçə gün Bakıda hazırlıq keçən komanda artıq Qəbələyə yollanıb.
 
Sənan Qurbanovun çalışdırdığı kollektiv hazırda Tiflis "Dinamo"su ilə oyuna hazırlığı Qəbələ şəhər stadionunda davam etdirir. Komanda bu gün axşam saatlarında doğma arenada növbəti məşqə çıxıb.
 
Avrokubok mübarizəsinə 2-ci təsnifat mərhələsindən başlayacaq "Qəbələ"nin Gürcüstanın "Dinamo" (Tbilisi) klubu ilə ilk oyunu iyulun 25-də Qəbələ şəhər stadionunda baş tutacaq və saat 19:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest