"Hopper" portalı instaqramda ən bahalı reklamı olan futbolçuarın reytinq siyahısını dərc edib. Matc.az saytı xəbər verir ki, cədvələ "Yuventus"un hücumçusu Kriştianu Ronaldo başçılıq edir.

Portuqaliya millisinin hücumçusunun hesabındakı reklam postu 975 min dollar dəyərindədi. Onu 722 min dollarla Braziliya yığmasının və PSJ-nin forvardı Neymar izləyir. Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messi isə ilk "üçlüy"ü qapayır (648 min dollar).

Bu göstəriciyə görə, ilk "10-luq"da Devid Bekhem (357 min dollar), Ronaldinyo (256 min), Qaret Beyl (218 min), Zlatan İbrahimoviç (200 min) və Luis Suarez (184 min) növbəti yerləri tuturlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest