PSJ hücumçusu Neymarla bağlı "Barselona" və "Real"dan aldığı təklifi cavablandırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa çempionu İspaniya nəhənglərinin təklifini rədd edib.

Kataloniya təmsilçisi Filipp Koutinyo, İvan Rakitiç və 40 milyon avro təklif edibsə, madridlilər 90 milyon avro və Qaret Beyli verməyə hazırdı. Lakin paytaxt klubu hər iki təkliflə maraqlanmadığını bəyan edib. Onlar Neymarı yalnız pul qarşılığında sata biləcəklərini vurğulayıblar.

Qeyd edək ki, Neymarla maraqlanan digər klub "Yuventus"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest