Türkiyənin "Kasımpaşa" klubunun misirli futbolçusu Mahmud Hassan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Matc.az xəbər verir ki, Trezeqe kimi tanınan 25 yaşlı yarımmüdafiəçi "Aston Villa"ya transfer olunub. 
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflərin neçə illik müqavilə bağladıqları açıqlanmayıb.
 
İngiltərə mətbuatı "Aston Villa"nın bu transfer üçün Türkiyə klubuna 10 milyon avro ödədiyini yazır. 
 
Trezeqe 2018-ci ildə Belçikanın "Anderlext" klubundan 2 milyon avro qarşılığında "Kasımpaşa"ya transfer olunmuşdu. O, geridə qalan iki mövsüm ərzində sözügedən komandada 65 oyuna çıxıb, 22 qol və 15 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest