Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" özünə daha bir rəqib tapıb. Matc.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda bu gün Ankarada növbəti yoxlama oyununa çıxacaq. 
 
Belə ki, sumqayıtlılar Türkiyənin "Diyarbəkirspor" klubu ilə qarşılaşacaqlar. "çam" Otelinin stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 11:00-da başlayacaq matçda ötən gün "Ahal"la (Türkmənistan) oyunda forma şansı qazanmayan futbolçular iştirak edəcək.
 
Xatırladaq ki, "Ahal"a 1:0 qalib gələn "Sumqayıt" daha öncə Rumıniyanın "Petrolul" klubu ilə də heç-heçə edib – 2:2. Əvvəlcə Türkiyədə 4 yoxlama oyunu keçirəcəyini açıqlayan "Sumqayıt"ın "Diyarbəkirspor"la oynaması planda yox idi. Amma komandanın bu ayın 29-da Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi" və avqustun 1-də isə 1-ci Liqa təmsilçisi "Akhisarspor" qarşılaşacağı öncədən bəlliydi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest