Türkiyənin "Fənərbaxça" klubunun futbolçusu Elyif Elmasın İtaliya təmslçisi "Napoli"yə transferi tam rəsmiləşib. Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Neapol klubu ilə 5 illik müqaviləyə imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Napoli" makedoniyalı futbolçunun keçidinə görə "Fənərbaxça"ya 16 milyon avro təzminat ödəyəcək. Bu məbləğin bonuslarla 17,5 milyon avroya çatması da mümkündü. İstanbul klubu gələcəkdə onun başqa komandaya transferindən də müəyyən faiz götürəcək.
 
Elmas 2017-ci ildə Şimali Makedoniyanın "Rabotniçki" klubundan "Fənərbaxça"ya transfer olunmuşdu. O, bu komandada 47 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest