Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxacaq. Matc.az saytının məlumatına görə, komandamız bu gün qrupda ikinci görüşünü keçirəcək.

Dünən İspaniyaya 3:9 hesabı ilə məğlub olan yığma bu dəfə ev sahibi Rusiya ilə üz-üzə gələcək. Qarşılaşmanın başlama saatında dəyişiklik edilib.

Belə ki, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da deyil, 19:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest