İyulun 23-də Bakı toplanışını başa vuraraq Türkiyəyə yollanan "Sabah" qonşu ölkədə ilk yoxlama görüşünü keçirəcək. Paytaxt təmsilçisi bu gün Boluda meydana çıxacaq. Rəqib Rumıniya təmsilçisi "Konkordiya" olacaq.

İyulun 23-də Bakı toplanışını başa vuraraq Türkiyəyə yollanan "Sabah" qonşu ölkədə ilk yoxlama görüşünü keçirib. Matc.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün Boluda meydana çıxıb.

Rəqib Rumıniya təmsilçisi "Konkordiya" olub. İki gün öncə "Zirə" ilə heç-heçə edən "Konkordiya"nın "Sabah"la matçı "Vonresort Abant" otelinin meydançasında baş tutub.

üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.

 

Yoxlama görüşü

25 iyul

"Sabah" - "Konkordiya" (Rumıniya) 1:2
Qol: Cavid Tağıyev, 51.

Bolu. "Vonresort Abant" otelinin meydançası

Sabah: 1. Saşa Stamenkoviç, 4. Bəhlul Mustafazadə, 6. Vadim Abdullayev, 7. Rəşad Eyubov, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 21. Təmkin Xəlilzadə, 23. Amadu Diallo, 27. Hendrik Eksteyn, 77. Cavid Tağıyev, 97. Emil Qasımov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest