"Roma"nın əfsanəvi kapitanı Daniele De Rossinin yeni komandası müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi karyerasını Argentinada davam etdirəcək.

Belə ki, veteran oyunçu "Boka Xuniors"da çıxış edəcək. Ulduz futbolçu bu gün Argentinaya yollanacaq və yeni komandası ilə 1 illik müqavilə imzalayacaq. Onun bu müddət ərzində qazancı 500 min avro olacaq.

Qeyd edək ki, Daniele De Rossi 2002-ci ildən bu ilin yayına qədər "Roma"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest