Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.

211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi irəliləyişə nail olub. Düzdü, Nikola Yurçeviçin yetirmələri geridə qalan müddət ərzində heç bir oyun keçirməyib. Aktivindəki 1188 xalı qoruyan yığmamız əvəzində 1 pillə irəliləyib. Zimbabvenin geriləməsi sayəsində buna nail olan komandamız 109-cu pillədə Bəhreynlə şərikdi.

 

Millimiz və "qonşuları"

107 (105). Keniya – 1201

108 (107). Farer adaları - 1200

109 (110). Bəhreyn – 1188

109 (110). Azərbaycan – 1188

111 (112). Mərkəzi Afrika Respublikası – 1184

112 (114). Qazaxıstan – 1174

112 (109). Zimbabve – 1174

 

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri də yerlərini dəyişib. Xorvatiya və Uels növbəti dəfə reytinqdə 1 addım geriləyibsə, Macarıstanda 3 pilləlik düşüş müşahidə olunub. Yalnız Slovakiya yerində qalıb.

Millimizin rəqibləri

7 (6). Xorvatiya – 1625

24 (23). Uels - 1514

31 (31). Slovakiya - 1491

45 (42). Macarıstan - 1442

 

Dünyanın ən güclü 10 komandasının siyahısında da yerdəyişmələr olub. İlk "10-luq"da yeni adlar da var. Belə ki, İsveçrə və Danimarkanı ilk "10-luq"dan Cənubi Amerika təmsilçiləri Kolumbiya ilə Argentina sıxışdırıb. Belçika liderliyini qoruyubsa, Braziliya və Uruqvay irəliləyib, Fransa, Portuqaliya və İspaniya geriləyib.

İlk "onluq"

1 (1). Belçika – 1746

2 (3). Braziliya – 1726

3 (2). Fransa – 1718

4 (4). İngiltərə - 1652

5 (8). Uruqvay – 1637

6 (5). Portuqaliya – 1631

7 (6). Xorvatiya – 1625

8 (13). Kolumbiya - 1622

9 (7). İspaniya – 1617

10 (11). Argentina – 1610

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 1467 xalla siyahıda 37-ci yerdə qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest