İngiltərənin "Everton" klubunun futbolçusu Ademola Lukman karyerasını Almaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 21 yaşlı futbolçu "Leyptsiq"ə transfer olunub. 
 
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. İngiltərəli futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. O, "Leyptsiq"də 17 nömrəli forma altında çıxş edəcək.
 
Almaniya klubunun bu transfer üçün "Everton"a 18 milyon avro ödədiyi bildirilir.
 
Lukman son mövsümün ikinci yarısını icarə əsasında "Leyptsiq"də keçirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest