İngiltərənin "Arsenal" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi Madrid "Real"ının yarımmüdafiəçisi Dani Sebalyosu heyətinə qatıb.
 
Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. "Topçular" gənc futbolçunu 1 illik icarəyə götürüblər.
 
Sebalyos "Real"a 2017-ci ildə "Betis"dən transfer olunub. Amma 22 yaşlı futbolçu Madrid klubunda elə də çox forma şansı qazanmırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest