"Sabah"ın müdafiəçisi Eltun Turabov legioner həyatı yaşayacaq. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, paytaxt təmsilçisi Turabovu icarəyə verib. Belə ki, gənc müdafiəçi AFFA-nın da iştirakı ilə gerçəkləşən anlaşmaya əsasən, qarşıdakı mövsümdə bu il Albaniya Super Liqasına vəsiqə qazanmış "Biliş"də çıxış edəcək.

İmzalama mərasimində "Biliş" klubunun prezidenti Besnik Kapplanaj da iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest