Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsi davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisi qrupda ikinci oyununu keçirib.

Komandamız yerli Rusiya yığması ilə qarşılaşıb. Oyun ev sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla yığmamız İspaniyadan (3:9) sonra Rusiyaya da yenilib.

Komandamız qrupda son oyununu bu gün saat 18:30-da İsveçrəyə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest