"Milan"ın hücumçusu Patrik Kutrone karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvard "Vulverhempton"a keçməyə çox yaxındı.

21 yaşlı futbolçu ABŞ-da təlim-məşq toplanışında olan "Milan"ın düşərgəsini artıq tərk edib. O, tezliklə İtaliyaya qayıdacaq. Bu transferin "Vulverhempton"a 18 milyon avroya başa gəlməsi gözlənilir. Premyer Liqa təmsilçisi müəyyən məbləğdə bonus da ödəyəcək.

Qeyd edək ki, "Milan"ın yetirməsi olan Patrik Kutrone 2017-ci ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest