"Sabah" 500 nəfər gəncin iştirakı ilə keçirilən Yay Festə qoşulub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi Azərbaycanın ən böyük gənclər düşərgəsində keçirilən futbol çempionatı təşkil edib.

çempionatda 24 komandanı təmsil edən 120 gənc iştirak edib. İlk üç yeri tutan komandalar klub tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, düşərgə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest