"Real" daha bir futbolçusunu icarəyə verib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Dani Sebalyosu "Arsenal"a göndərən "kral klubu"nun müdafiəçisi Xesus Valyexo da Premyer Liqada çıxış edəcək.

22 yaşlı mərkəz müdafiəçisi yeni mövsümdən "Vulverhempton"da çıxış edəcək. İspaniyanın gənclər millisinin sabiq üzvü Premyer Liqa klubuna birillik icarəyə verilib.

Qeyd edək ki, 2015-ci ildən "Real"a məxsus olan Xesus Valyexo "Saraqosa" və "Ayntraxt"da icarə əsasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest