Türkiyədə təlim-məşq toplanışında olan "Sabah"ın daha bir rəqibi bəlli olub. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elşad Əhmədovun rəhbərlik etdiyi kollektiv Türkiyənin "Kemerspor" klubu ilə qarşılaşacaq. 
 
Aşağı liqa təmsilçisi ilə iyulun 28-də keçiriləcək matça Bakı vaxtı ilə 19:00-da start veriləcək.
 
"Sabah" Türkiyədəki ilk yoxlama oyununda Rumıniyanın "Konkordiya" klubuna 1:2 hesabıyla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest