Almaniyanın "Hoffenhaym" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Kopenhagen"dən Robert Skovu transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
"Hoffenhaym" Danimarka millisinin də formasını geyinən Skov üçün 10 milyon avro təzminat ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest