Futbol üzrə Almaniya Regional Liqasının şimal-şərq zonasında 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Pərdis Fərcad-Azadın yenicə müqavilə bağladığı Berlin "Viktoriya"sı da yeni mövsümdə ilk matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Erfrut"la qarşılaşıb. Paytaxt klubu bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
 
Pərdis də bu oyunun iştirakçısı olub. O, 57-ci dəqiqədə meydana buraxılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest