Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.
 
Yaşı 15-ə qədər olan oğlanlarda çəkisi 89, 96 və 102 kq-a qədər olan atletlər qüvvələrini sınayıblar. 89 kq çəki dərəcəsində toplam 216 kq (96+120) nəticə ilə Hacı Əlimanov, 96 kq çəki dərəcəsində toplam 130 kq (60+70) nəticə ilə Sadiq Aslanlı, 102 kq çəki dərəcəsində isə toplam 71 kq (30+41) nəticə ilə Şamil Səlimli qalib adını qazanıblar.
 
Yaşı 17-yə qədər olan oğlanlar arasında ilk olaraq çəkisi 55 və 61 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar. 55 kq çəki dərəcəsində toplam 174 kq (76+98) nəticə ilə Nihad Həsənli, 61 kq isə toplam 214 kq (98+116) nəticə ilə Fuad Həsənov qızıl medala layiq görülüblər.
 
67 kq çəki dərəcəsində toplam 260 kq (115+145) nəticə ilə Rüstəm Qasımov, 73 kq-da isə toplam 237 kq (105+132) nəticə ilə Nurlan Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Körpücüyə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 81, 89, 96, 102 və +102 kq olan atletlər çıxıblar. 81 kq-da toplam 267 kq (115+142) nəticə ilə İsa Həsənli, 89 kq-da toplam 323 kq (146+177) nəticə ilə Tarmenxan Babayev, 96 kq-da toplam 215 kq (100+115) nəticə ilə Kənan Zamanov, 102 kq-da toplam 296 kq (131+165) nəticə ilə Əli Şükürlü, +102 kq çəki dərəcəsində isə toplam 265 kq (120+145) nəticə ilə Rəhman Kazımov qızıl medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest