Futbol üzrə Qazaxıstan çempionatında 20-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi "Tobol" da növbəti matçına çıxıb.
 
Sözügedən klub doğma meydanda "Kaysar"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Tobol" hazırda 39 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest